BAXMIR
Arzum başıma dəyir,
Ürək sözümə baxmır. Zəhər aşıma dəyir, Sözüm üzümə baxmır. Fikrimdə tufan qopur, Gözlərimə nəm hopur, Həsrətimi dərd qovur, Odum közümə baxmır. Qəmlər gözə dərd əkir, Göz kədərə yol çəkir, Kipriklər keşik çəkir, Özüm gözümə baxmır. |
Kalemin susmasın
........................Saygılar selamlar