OLMASAM(N)(Q) DAÖlmək çox asandır, yaşamaq çətin, Ya elə, ya belə yaşayıram mən. Bir bilsən içimdə kimlərin dərdin, Kimlərdən xəbərsiz daşıyıram mən. Bürcüm də tərəzi bürcüdü axı, Bir yanım qalxanda bir yanım enir. Bu qədər dərdi ta çəkə bilmirəm, Həyat istədiyim kilonu vermir. Xətrimə dəyməyin, uşaq kimiyəm, Gözümə yaş dolur, dodaq büzüşür. Gözlərim o qədər sulu olub ki, İnsanlar gözümdən sürüşüb düşür. Boş ver-deyənləri boş verirəm mən, Bu dünya ötüşər mən olmasam da. Özünü o qədər dəyərli bilmə, Bu dünya ötüşər sən olmasan da. (Bu dünya ötüşər biz olmasaq da) |