ELNURƏ AĞAZADƏ — ƏSGƏR QARDAŞIM
ELNURƏ AĞAZADƏ — ƏSGƏR QARDAŞIM
Gedəndə su atdı anan dalınca, Su tək aydın olsun yolun qardaşım Tanrıdan dualar etdik sənin üçün, Təki sən sağ qayıt əsgər qardaşım Göydə buludlar səngimək blmir, Yağan yağışın da ardı kəsilmir, Düşmənin kini də tükənmək bilmir, Bunlara dözümün olsa qardaşım. Səngərdə yatırsan yastığın torpaq, Üstündə yorğanın çiskin qardaşım Qorxma dayağındır vətənin inan, Mərd ol mətin ol əsgər qardaşım. Anan gözü yolda səni gözlərsə, Düşmən gülləsinə sinən sipərsə Canın torpaq üstə qurban gedərsə, Şəhidlik zirvəsi uca qardaşım. Vətənin hər dövrə vardır igidi, Babəki,Koroğlu ,Nəbi ,Həzisi, Əhməd,Mübariz birdə Fəridi Sənə onlara bir tay qardaşım. Şəhidlər içində zirvədə duran, Azadıq uğrunda canını qoyan, Peyğəmbər nəvəsi imam Hüseyn, Cəddi kömək olsun sənə qardaşım. |
Askerlerim... Canlarım...
Evlatlarım...
Sizin haklarınız nasıl ödenir?
Çok duygulandım Kızım.
Sesin de çok iyi gitmiş şiirine...