Elnurə Ağazadə- MƏN YOX OLUM
Elnurə Ağazadə- MƏN YOX OLUM
Gecə olsun, Bir otaqda bir şam olsun,bir də mən. Ağlasın şam öz eşqinə Ona vurğun pərvanəyə Ağlayım mən öz eşqimə Həsrət sənə çəkdiyimə Ağlasın şam,ərisin şam yox olsun şam Mən əriyim,mən yanım,mən yox olum Bir gül olsun Bülbülündən ayrı düşən bir gül olsun Ağlasın gül,ağlayım mən Ağlasın gül,solsun gül,yox olsun gül. Mən ağlayım,mən də solum,mən yox olum Dalğa olsun, Dənizindən ayrı düşən,dalğa olsun O ağlasın,mən ağlayım O,ağlasın buxar olsun qum sahildə Ağlayım mən,kor etdiyin gözlərimə Ağlayım mən…yox olum mən Ölüm olum…torpaq olum, Mən yox olum. Sən bilmədən…sən xəbərsiz mən yox olum! |