Eşq məzarı
"Eşq məzarı"
Yenə xatırladıq,yenə baş çəkdik Eşqimiz dəfn olmuş,məzar üstünə Baş daşı rəsmində,rəsim görmədik, Yerinə ölmüş eşq,yazar üstünə, Ağladıq rəsimsiz baş daşımızdan, Daş gileylənmədi,daş-qaşımızdan, Ürəkdə sel olan,göz yaşımızdan Qanqallar bitmişdi,gülzar üstünə.. Toxunduq adına,rəsmi yox idi Bizləri ağladan,səs mi,yox idi? Qanqal təmizləyən,kəs mi,yox idi? Helə biz yağdırdıq,azar üstünə, Aşiqin ürəyi,bazara dönər.. Aşiqdən eşq alıb,duyğular verər, Duyğu almaq üçün,bir də,kim gələr, Uğursuzluq çökmüş,bazar üstünə,? Qurtula bilmədik xatirələrdən, Onlardan qurtulmaq olmaz ki,birdən, Onlar ömür almış hər ötən ildən, İlləri tək illər,pozar üstünə, Hər işi hilədir,"Bəxt qazarının" Rəsimin yerinə,"Ad yazarının", Xatirələr üçün,eşq məzarının Bəxtimiz bir məzar,qazar üstünə, Məzara baş çəkib,taparaq təmkin, Yenidən sevməyə,bəsləsək də kin, Bəxtimiz inan ki,məzarda eşqin, Doğulmuş yeni eşq,yozar üstünə.. Müəllif : Abdulla Orxan |
Orxan Abdullazade tarafından 7/30/2014 1:38:35 AM zamanında düzenlenmiştir.