Yad
"Yad"
San ki,mənə məxsus olan gözlərin, Bir yad tərəfindən,dadlanıb biraz... Artıq gözlərin də,dəyişib sənin.. O doğma gözlərin,yadlanıb biraz... Əlin də,heç o əl deyil sevgilim, San ki,toxunduğum,yadın əlidir, Ürəyim inanmır,bu toxunduğum, Mənim o sevdiyim-qadın əlidir.. San ki,o çay kimi,titrəyən saçın, İndi yatağında,yox olub itib.. İçində batdığım saçın əvəzi, Yerində mənə yad,başqa saç bitib.. Dəyişib sözlərin,dəyişib ləhçən, Dəyişib o avaz,o səs dəyişib, Hər şeir yazanda,kölnümdən keçən, Mənə ilham verən,o kəs dəyişib... Dəyişib addımın,yerişin sənin, Hanı gözlərimə toxunan gözəl.. Hanı gəzdiyində,əyaq səsiylə, Qəlbimdə nəğmə tək oxunan gözəl.. Gəl mənim gözümdən özünə bax sən, Belə yadlaşarmı adama-adam...? Bəlkə mənim üçün,yad olan sənsən, Bəlkə sənin üçün,elə mən yadam..? Yazar:Abdullazade Orhan |