0
Yorum
1
Beğeni
5,0
Puan
893
Okunma
Qardaş,bizə qonaq gəl,
Gedək bizim dağlara.
Gəzə gəzə qonaq gəl,
Gedək bizim dağlara.
Bir yanda Şirvandərə,
Bir yanda Səngər-bərə,
Baxmayaq dərdə sərə,
Gedək bizim dağlara.
Cəmlənək dolağında,
Qəmlənək yalağında,
Dəmlənək bulağında,
Gedək bizim dağlara.
Göyəzəni ötürək,
Murovdan su götürək,
Babadağa gətirək,
Gedək bizim dağlara.
Kabablıq quzu məndən,
Çörəyi,duzu məndən,
"Yaz"-desən yazı məndən,
Gedək bizim dağlara.
Mən ki,allahvermişə m,
Azdan çoxdan görmüşəm,
Bir qələmim,bir şüşəm,
Gedək bizim dağlara.
*
5.0
100% (1)