Bir qadın ağlayır,içində onun
Bir qadın ağlayır içimdə mənim
Gülür,üzü gülür,könlü yaradır, O çox əzab çəkir,qurur yaradır. Gözünün yaşını səssiz axıdır, Bir qadın ağlayır içində onun... Saçları ağarmış üzdə,qırışlar, Kədəri sevincə qatıb qarşılar.... Duysa ürəyini duyar,yağışlar, Bir qadın ağlayır içində onun... Gecələri tənha, göydə ay kimi, Gözləri yaşlıdır axar çay kimi. Çoxunu arzusu şirin pay kimi, Bir qadın ağlayır içində onun... Bürünüb şalına solgun bənizi, Gözləri ,səsləyir qəmli dənizi. Olmuşdur,acının qulu,kənizi, Bir qadın ağlayır içində onun... Saçının, ağ dəni üzə dağılmış, Fikri qarışıbdır,sözə dağılmış. Əzaba tuş gəlib gözə dağılmış, Bir qadın ağlayır, içində onun. Allah,gəl az eylə dərdi-qubarı, Yollara yaratmış könül qabarı. Ağrınla -acınla yaxma, Nigarı, Bir qadın ağlayır, içində onun. Nigar Məhərrəmli.3 dekabr.2013-cü il |