Nəyini sevirəm axı mən səninNəyini sevirəm axı mən sənin… Sözünü gözümə çıraq edirəm, Gözünün nurunu maraq edirəm. Səni özgələrdən soraq edirəm, Nəyini sevirəm axı mən sənin. Aydır üzündəki o qara qaşın, Şəfadır dilimə gözündən yaşın. Oduna yanıram bir qəlbidaşın, Nəyini sevirəm axı mən sənin. De,nədir zülfünü pərişan edən, Mənli istəyini adlayan,ötən. Edirsən a zalım mən bütövü tən, Nəyini sevirəm axı mən sənin. Jalədən ayrılmış şehdir dodağın, Mənəm bu günündə sənin sabahın. Vallah açılmayır qaşım-qabağım, Nəyini sevirəm axı mən sənin. |
Sevecek bir şeyini buluyor işte insan sevgilinin.
Dünya çirkini de olsa,
sevdiğinin gözünde dünyanın en güzelidir o.
Neyini seveceksin?
Her şeyini...
varlığını işte...
Çok hoş bir şiir...