Yaşananlar
Yaşananlar...
Duygularımın dilə gəldiyi bir anda sənə ehtiyacım var.Arzularımın bitib-tükəndiyi bir zamanda sənə ehtiyacım var.O anları o zamanları unutmadığımı ,hər gün xatirəmdə vərəq-vərəq vərəqlədiyimi sən də bilirsən... Bəs niyə gəlmirsən? Zaman-zaman hisslərimin atəşində qovrulub yanıb-yanıb külə çevrilən bu mənəm... Duyguların arxasınca iməkləməyə yeni başlayan uşaq kimi sürüm-sürüm sürünən bu mənəm... Ayrılığın acısını dada-dada illərlə xəncər kimi öz qınına çəkilib kədərinə qul olan bu mənəm... Gecələri körpə üşaqlar kimi zülüm-zülüm ağlayıb,narahat yuxular yaşayan bu mənəm... Rəsmini 17-18 yaşlarındakı qız uşaqları kimi balışlar altında gizlədib,dodağıma yaxınlaşdıraraq göz yaşlarıma xatırladan bu mənəm... Hər gecə göz yaşlarından islanmış yaş rəsmini bağrına basıb isti ürəyimlə qurudan bu mənəm... Bu mənəm.... Nağıllar uydurub ağlımla xəyallarımın kəsişdiyi yerdə səni zaman-zaman öz özümə nəql edən mənəm... Səni sevən mənəm... Anları yadıma salaraq bənövşə kimi boynunu bükən mənəm... Mənəm... Ehtiyac duyduğunda yanında görmədiyi əzizini xəyallarla yaşadan mənəm... Ehtiyacım var... Üzünü uzaqdan da olsa belə... Səsini haraylardan eşıtsəm də belə... Ehtiyacım var... Kəpənəklər kimi uçub hər çiçəkdən çiçəyə qonmadı arzum... Fəsillər yığnağı kimi yaz açıb payız sonunda solmadı arzum... Əllərində əsa ilə gəzən qoca kişi və qadınlar kimi yaşlanıb ahıl yaşına dolmadı arzum... Ehtiyac duyduğunda istədiyini yanında görmədi arzum... İllərin sınağına sinə gərib qırılanlardan olmadı arzum... Sənə.. Ehtiyacım... Var... Gəlməyəcəyini ,dönməyəcəyini bilə-bilə... Üzümə belə bir daha baxmayacağını bilə-bilə... Əllərimi tutmayacağını belə bilə-bilə... Sənə ehtiyacım var... Xəyallarıma... Yuxularıma... Dünyama gəl... Yazar Nigar.... |
Ehtiyacım...
Var...
Gəlməyəcəyini ,dönməyəcəyini bilə-bilə...
Üzümə belə bir daha baxmayacağını bilə-bilə...
Əllərimi tutmayacağını belə bilə-bilə...
Sənə ehtiyacım var...
Xəyallarıma...
Yuxularıma...
Dünyama gəl...''
Çok acı olmuş bu çalışma.
İnsanın içini yakıyor kelimeler.
Sevda,
gerçekten tarif edilmesi zor bir olgu.
Dönmeyeceğini bile bile,
sevmeyeceğini bile bile,
sevgiliyi aramak...
Hayallerde aramak...
Rüyalarda aramak...
Şiirlerde, şarkılarda aramak...
Zor iş zor...
Güzel, hüzünlü bir çalışma...