0
Yorum
0
Beğeni
0,0
Puan
866
Okunma
Nə tez soldun,tez saraldın
Qönçə qöncə,qərənfili m.
Qoy mən ölüm,mən saralım
Səndən öncə,qərənfilim .
Yanağının rəngi niçin
Ağ...çiçəyim,qa n... çiçəyim?
Taxım səni sol döşümə,
Sinəm oddur yan,çiçəyim.
Sevda gülüm,vüsal gülüm-
Qəlbimdəki eşq həvəsim.
Bir ömür var sənə yetməz,
Bir ömür var mənim bəsim.
Tanrı verib,əmanətdi
Bu can,səndə qalan deyil.
Ləçəklərin solsa belə,
O qan rəngin solan deyil.
Sevgilimsən çiçək kimi,
Sığallayır əlim səni.
Məzarımda qoxlayacaq
Ölsəm bir gün,ölüm səni.