MƏN HİÇ BU İNSANLARI TANIYAMADIM
...Mən heç bu insanları
tanıyammadım! Gəzdiyim qədər də gördüm. Gördüklərim görmədiklərimə nisbət edəməz. İnsanlar gördüm qocalmış, qumlu səhralar kimi üzləri qırış-qırış. İnsanlar gördüm,özüm kimi- həyat dediyimiz bu zorluqlardan usanmış,yorulmu ş. ...Mən heç bu insanları tanıyammadım! ...Hürr bir yaşam arzulardım- səmalarda uçan bəyaz göyərçinlər kimi. Bir dəniz arzulardım- mas-mavi bir dəniz. Sahilində vəhşi meşələrin ucaboy ağacları. Gündüz günəş,gecələrsə ay işığı... Bir də yelkənləri küləkdən tarıma çəkilmiş tənha bir gəmi. Fəqət,xəyalları mda dəyişdiyim bu dünya gerçəkdə məndən yana olmadı! Qədərim beləymiş,bilməm ki. Mən uzun bir yoldaydım,sanki . Bu yolçuluq çoxmu sürəcək, səfərim beləymiş,bilməm ki. ...Mən heç bu insanları tanıyammadım! Qarşıma çıxana salam verib lütfkarlıq göstərdim- arxa çevirib dişini qıcadı. Ac gördüm,çörək verdim- əlimi dişlədi. Təzə-tər qərənfillər uzatdım- mənə güllə tuşladı. ...Mən heç bu insanları tanıyammadım1 İllərlə içimdə özümlə, dışımda insan deyilən bu yaradılmışlarla vuruşdum- ədalət,həqiqət və xeyrxahlıq zəfər çalıb dünya düzəlsin deyə. Düzəlmədi bu dünya,düzələmmə di, heç düzələmmədi! Yüz iyrmi dörd min peyğəmbər təzələmək istədi,təzələnm ədi, heç təzələnmədi! Gecələr röyalarda gördüyümü gündüzlər rəngli filmlərdə görəmmədim. Çünki,mən bu insanları tanıyammamışdım ! Dənizlər altında,meşələr içində yaşayanlar tanış gəlirkən əzəmətli saraylarda yaşayanlar kimi uçuq daxmalarda yaşaynlar belə mənə yanlış gəlir. ...Mən heç bu insanları tanıyammadım! Daşlardan az ömrü olan yonulmuş heykəllər var. Zindan məhbusları kimi postament üstündə dayanarlar. "Mənəm"liyi mənliyinin üstündə duran insanların oxşamaq üçün yapdıqları bir inşa,bir yaranış. Çoxu iblislər kimi naməlum, azı peyğəmbərlər qədər tannış. Günahkar babaların günahkar oğullarının yapdığı faydasız bir iş, mənasız oxşayış. ...Mən heç bu insanları tanıyammadım! İnanadıqlarında n daha çox qorxduqları tanrıları var ikən həl də tanrılar yaparlar. Seçilmiş insanların göstərdikləri cənnətin yolları ap-aydın görünürkən aqranlıq köşələrə çəkilıb, bir nəfəslik dünya ləzzətinin qiymətinə cəhənnəm taparlar. Alnına gün doğanların kölgə ardınca gedər. Kölgə ardınca gedənlər gün işığını görmürkın əbədiyyət işığına möhtac olar! Çünki,xülya gedər,gerçək qalar. Mənim tanıdıqlarım bunlarmışsa, heç bu insanları tanıyammazdım! ...Mən heç bu insanları tanıyammadım! Xeyrxahlıq var ikən yamanlıq edərlər, həqiqət yerinə yalan söyləyər, sevgi var ikən,nifrət edərlər. Müdrik,alim,möm in insanlara ağız büzürkən, təlxəklərə,mütr üb və çəngilərə rəğbət edərlər. Off! Bu nə biçim dünya kı, qəbahətə rəvac verənlərin əvəzinə salehlər səfalət və yoxsulluq girdabına düşüb, qiyamət arzulayarlar. Varlıların təlaşla,kasıbla rın ısə səbirsizliklə gözlədikləri o anın son dəqiqələrində belə ayılmadıq! Çünki,biz bir-birimizi tanımamışdıq. ...Mən son sətrlərimi yazıram. Gecənin yarısı.On ikiyə beş dəqıqə var. Bir fincan qəhvə içib televızorda son xəbərləri gözləyirəm. Reklamları verir bütün kanallar. Pampersdən tutmuş bahalı avtomobillərə kimi hər şey tanıdılır. Tnıdılmayan,tək cə insanlardır, mənim tanımadığım insanlar. Mən heç bu insanları tanıyammadım!!! ******* |