Ümidsizlikdən ümid doğuranlara
Ümidsiz bir quşam çöldə qalmışam,
Səhər ayazından yaman donmuşam. Bir tikə yem üçün qanad açmışam , O eyvan, bu eyvan yuva gəzirəm. Açıq bir pəncərə gördüyüm zaman, Bir ümid oyanır qəlbimdə o an. Bəlkədə buradır yuvam, məskənim, Bura olacaqdır son mənzilim . Bəlkədə burada mən yem taparam, Soyuqdan, ayazdan bura qaçaram. Sığınacaq olacaq burası mənə , Qəlbimsə dolacaq yenə ümidlə. Lakin ümidlərim yenə qırıldı, Qanadım elə bil kökündən sındı, Yıxıldım bir anda çəmənliyə mən Nə qədər eylədim qalxa bilmədim. Məni zalımın biri yıxıbmış, Məni göydə görcək silah açıbmış. Mənsə hər bir şeydən tamam xəbərsiz, Süzürdüm göylərdə yaman səbirsiz. Başımı qaldırıb qatili gördüm, Məni bu hallara salanı gördüm. Üzündə xəfifcə təbəssüm vardı, Qanlı zəfərinin həzzin alırdı. O anda göz yumub, qanad açdım mən, Ruhumu götürüb yaman qaçdım mən. Bədənim otların sərin mehindən, Buz kəsib qalmışdı zalım əlində . Mənsə sonsuzluğa qanad açmışdım, Əslində zəfəri mən qazanmışdım. Bu fani dünyada bədən qoysamda, O sonsuz dünyanı mən qazanmışdım . |
Kanatlarınızın sesi duyuldu.
Hoşgeldiniz.