2
Yorum
4
Beğeni
5,0
Puan
24
Okunma

❤️🇦🇿AZERBAYCAN🇹🇷❤️
Yoxluğunda özümə gəlmirəm, ey yar, seyr fil-mənam…
Kəkilin toxunar bədənimə; divanəyəm hər dəm, Leyli mənəm…
Pərdələri möhkəm bağladım,
Otağım işıq almır.
Bir varmış, bir yoxmuş dünya;
İyirmi il əvvəl sol yanımda
Sənin varlığınla gülüstan imiş dünya.
Yatmışammı, oyağammı bilmədim; sənsiz hər dəm viran mənəm!
Sınağa çəkmə məni, yar, dilsizəm; hər dəm tənha mənəm!
İyirmi dəfə döndü dünya,
İyirmi dəfə ağladı dünya,
İyirmi dəfə döyündü, dayandı.
Və yoxluğunda neçə sevgilər
Cücərib çiçəyə durdu...
Yuxudurmu, gerçəkmi bilmədim; qəlbi-nalan mənəm!
Bu gün xarabatdır; bəndəniz, ey yar, seyr fil-mənam!
İyirmi dəfə dağıldı ümidlər,
Kəlmələr sancıdı yoxluğunda.
Acı reseptlər yazdı həyat,
Arsızcasına çəkildi sonra
Sahilləri döyən buludlar...
Yatmışammı, oyağammı bilmədim; sənsiz hər dəm viran mənəm!
Sınağa çəkmə məni, yar, dilsizəm; hər dəm tənha mənəm!
İyirmi dəfə qaraldı dünya,
İyirmi dəfə ulduzları salamladı,
Yoxluğunda bir varmış,
Varlığında bir yoxmuş, ey bivəfa.
Yuxudurmu, gerçəkmi bilmədim; qəlbi-nalan mənəm!
Bu gün xarabatdır Hakan; bəndəniz, ey yar,
seyr fil-mənam…
Seyr fil-mənam…
Seyr fil-mənam…
5.0
100% (3)