0
Yorum
3
Beğeni
5,0
Puan
605
Okunma

Yaşımı soruşma, dərdimi soruş
Təsadüf hallarda gülən yaşdayam
Dünyanın ruhunu xəzan yelindən
İçini çölündən bilən yaşdayam.
Bəzən arzuları yıxıb gedənəm
Gördüm həyat məni sıxıb, gedənəm
Baxma tez özümdən çıxıb gedənəm
Hərdənbir qayıdıb gələn yaşdayam.
Nə ürək sənindi, nə sən ürəyin
Halını bilməzsən küsən ürəyin
Xəzan yarpağıtək əsən ürəyin
Dərdini özümlə bölən yaşdayam.
Gəl ürək sözünü yaz köynəyimə
Hopsun kor qələmdən toz köynəyimə
Keçən il aldığım boz köynəyimə
Gözümün yaşını silən yaşdayam.
Bal bilib almışam, tünd zəhər çıxıb
Xeyir umduqlarım gəlib şər çıxıb
Gecədən səhərə birtəhər çıxıb
Səhərdən axşama ölən yaşdayam.
Ahmet CEVAD
&&&&&&
Yaşımı soruşma, derdimi soruş
Tesadüf anlarda gülen yaştayım,
Dünyanın ruhunu hazan yelinden,
İçini dışından bilen yaştayım.
Bazen arzuları yıkıp giderim,
Anladım ki hayat sıksa, giderim,
Çok zaman kendimden çıkıp giderim,
Nadiren kendime dönen yaştayım.
Ne yürek senindir, ne sen yüreğin,
Halini bilmezsin küsen yüreğin,
Bir yaprak gibisin titreyen yüreğin,
Derdini kendimle bölen yaştayım.
Gel, yürek sözünü yaz sol göğsüme,
Sinsin kör kalemden toz gömleğime,
Geçen yıl aldığım ak gömleğime,
Gözümün yaşını silen yaştayım.
Bal bilip almıştım, baldıran çıktı,
Hayır umduklarım yazık şer çıktı,
Geceden sabaha ben nasıl çıktım,
Sabahtan akşama ölen yaştayım.
Ahmet CEVAD
Çeviri; Efkan ÖTGÜN
5.0
100% (3)