BAŞIMIZ SAĞOLSUN AZİZ TÜRKİYƏM, -NURETTİN İSMAİL-
Başımız sağ olsun, əziz Türkiyəm
Kədərin bizimdi, qəmin bizimdi, Başımız sağ olsun, əziz Türkiyəm. Ağlayan gözlərin nəmi bizimdi, Başımız sağ olsun, əziz Türkiyəm. Hansı qəzəb tutdu, göyü qaynatdı, Məhvərdən çıxardı, yeri oyntadı, Gözəl bir diyarı, qana boyatdı, Başımız sağ olsun, əziz Türkiyəm. Nə bir fəlakət ki, yazdı fələklər, Nizamını sənin, pozdu fələklər, Tərsə döndü yoxsa, azdı fələklər, Başımız sağ olsun, əziz Türkiyəm. Burda bir el vardı, canı, canından, Soyu bir, kökü bir, qanı, qanından, Bir an uzaq düşməz sənin yanından, Başımız sağ olsun, əziz Türkiyəm. Çox sinə gərdin sən, cəngi-cidala, Sənə kəm baxanlar, düşdü vəbala, Tanrı qutlu edən, gəlməz zəvala, Başımız sağ olsun, əziz Türkiyəm. 08.02.2023/Nurəddin İsmayıl Azerbaycan |
Mükemmel bir eser.
Selam olsun.