DÜNYAYA GELMEYİB HELE SEVDİYİM
DÜNYAYA GƏLMƏYİB HƏLƏ SEVDİYİM..
*** Çoxu elə bilir bir sevdiyim var, Dünyaya gəlməyib hələ sevdiyim.. Etsəm də şeirde belə ahu-zar, Dünyaya gəlməyib hələ sevdiyim.. * Uzaqdan dayanıb o məni süzür, Nəfəsi şeirdə,sətirdə gəzir, Qələmim vəsf edib hey ondan yazır, Dünyaya gəlməyib hələ sevdiyim.. * Ruhu ruhumdadır,canı canımda, Gecə də,gündüz də hər vaxt yanımda, Bu sevda dövr edir mənim qanımda, Dünyaya gəlməyib hələ sevdiyim.. * Ruh verir,həyata səsləyir məni, Nəvaziş göstərib bəsləyir məni, İnan ki,məndən çox istəyir məni, Dünyaya gəlməyib hələ sevdiyim.. * Çətinə düşərsəm tutur əlimdən, Mənim tək güc alır o da elimdən, Sevinir xoş sözlər duysa dilimdən, Dünyaya gəlməyib hələ sevdiyim.. * Hərdən gözlərini dikir gözümə, Həsrətlə,vüqarla baxır üzümə, Ürəkdən bağlıdır özü-özümə, Dünyaya gəlməyib hələ sevdiyim.. * Mənimlə danışır,mənimlə gülür, Mənim hər arzumu,fikrimi bilir, Qəmlənsəm gözümün yaşını silir, Dünyaya gəlməyib hələ sevdiyim.. * Hər zaman fikrimdə,xəyalımdadır, Vüsalı şirindir,sanki bal dadır, Mənim məhəbbətim,sevgim ondadır, Dünyaya gəlməyib hələ sevdiyim.. Sema Dağlı |
Her halim ona hep ayan olur,
Her nerede olsam o arar bulur,
Bana bir şey olsa kahrından ölür,
Dünyaya gelmedi daha sevdiğim... Nurullah Muslu