SƏNİ GƏZİRƏM
SƏNİ GƏZİRƏM.
Yaman darıxmışam yenə səninçün, Axtarıb hər yanda səni gəzirəm. Özümlə çəkərək bütün dərd yükün, Yalnız əlamanda səni gəzirəm. * Dağlar mənə baxır,nəsə söyləyir, Göydə şimşək çaxır,nəsə söyləyir, Çiskin yağış yağır,nəsə söyləyir, Mən çəndə,dumanda səni gəzirəm. * Ümidsiz gümanda qalsam da özüm, Həsrətli limanda qalsam da özüm, Özümü yenilməz sansam da özüm, Ən çətin anımda səni gəzirəm. * Sənin baxışına dan dediyimdən, Mənə mənim kimi yan dediyimdən, Hər kəlmə sözünə can dediyimdən, Arayıb canımda səni gəzirəm. * Nazlıyam,sözümü çoxdan demişəm, Sevinc də görmüşəm,qəm də yemişəm, Ay aman,qəribə adam imişəm, Sən mənim yanımda,səni gəzirəm... |
Kutlarım gönül sesi emeğinizi.
Esenlik dileklerimle...