HAL BELƏ BELƏŞiirin hikayesini görmek için tıklayın Yaşam ve insan
HAL BELƏ BELƏ
Dünyadan küsübdü bu dəli könlüm Xeyrinə şərrinə qarışmır artıq Məzlumun fəryadı ərşə ucaldı Rahim’i zalımla barışmır artıq Zorbanın əlində qalıbdı dünya Yoxsulu açlığa salıbdı dünya Ədalətdən uzaq qalıbdı dünya Haqqın tərəzisi çalışmır artıq Dini alət edib əməllərinə Sırtını dönübdü səvənlərinə Xurafə doldurub təməllərinə Cəhalət təqvayla görüşmür artıq Acınnan mədəsi döyünüb durur Organlar birbirin yeyinib durur Ürəyi çırpınır kürəyə vurur Bədən iflas edib çalışmır artıq ....rahim’i |