İntizar(2)
İntizar!(2)
Dünkü intizar da qarğışı ağır bulan dostlarım. Aha da vaz geçtim qarğışdan. Ey mi? Həsrətin odu burda, aha bu sol yanımda Bağında güller açsın, gül xətrinə birgün gəl Sızıyı sən bilməzsən, demedin qal yanımda Sabahın xeyir olsun, gün xətrinə birgün gəl Mən gedəndə dalımca, niyə qal diyəmmədin Gör neçə il olupdu, birgün gel diyəmmədin Məjnun kimdi yanımda , bu ne hal diyəmmədin Dilinnən bal damlasın, dil xətrinə birgün gəl Mən yanmışam sen de yan, diyəmməm dilim yetmir Çıx gel demirsən axı, yol ırax əlim yetmir Bir başıma çöldeyem, mən gəlsəm yolum yetmir Saçını yel darasın, yəl xətrinə birgün gəl Gecələrdə təkçə qal, mənsiz yatmasın başın Uzun, gözün tökmə həç, axmasın görüm yaşın Üzündə güller açsın, çatılmasın o qaşın Qoy sarsın qolun məni, qol xətrinə birgün gəl Küleklere vər saçın, ayna qısqansın üzün Gör mən nələr çəkirəm, qoy görsün iki gözün Mən səni dinliyirəm, dilindən axsın sözün Könül qapım açıxdı, yol xətrinə birgün gəl 26/10/20. H. Işık. |