Gözlərin
Kimlərə harada baxış atırsan
Bir mənə çatanda laldı gözlərin Çalışdım,sandım ki, unutdum səni Bəs niyə yadımda qaldı gözlərin? Qəlbin aynasıdır deyib vuruldum, İncidim,hər dəfə sındım, yoruldum, Ana qucağı tək sənə sarıldım Ağlatdıqca məni güldü gözlərin. Sevgi nə qüdrətdir,həsrət nə sirrdi? Kimlərə şeytandı,kimlərə pirdi, Bir dünya əzabı qəlbimə verdi Mənim günahımı aldı gözlərin. Dilarə Süleyman |