8
Yorum
12
Beğeni
5,0
Puan
1040
Okunma
Bir yaş da qocalıram,
Ruhum hələ cavandı,
Həsrət bir ömür çəkir,
Vüsal niyə bir andı?
Qanad açan təbim var,
Ruhum geniş,dünya dar,
Gözümdədir bu yollar,
Gedən yalnız zamandı.
Bişirmiş qəm könlümü,
Çox etmiş kəm könlümü,
Tutubdur dəm könlümü,
Boyatlama,amandı!
Dilarə sözə aşiq,
Söz özü düzə aşiq,
Yoxluğa,aza aşiq,
Çoxun sonu yamandı.
5.0
100% (9)
Hesabınıza giriş yapın ya da yeni üyelik oluşturun.