Allah
Bitirdim cümlələri, daha gözdə yaş inlər,
Dərdimi dağa desəm qaya inlər, daş inlər, Çəkə bilməz həsrəti ağac inlər, quş inlər, Çökdüm dizlərim üstə huzura gəldim, Allah! Neyləyim ala gözü , əgər gülməyəcəksə, Gönül boş sahra çölü canan almayacaqsa, Can nə yaşamayacaq, nə də ölməyəcəksə Quru qəfəsdir artıq, onu nə edim, Allah? Gözündə dəyərlimi min günahın tövbəsi, Ey bu kimsəsiz qulun sığındığı tək kəsi, Dinlədim ruhumdakı vicdan deyilən səsi, Həsrət adlı cəzanı sevərək aldım, Allah! Yaprakları titrədən mehə bənzər ümidim, Gül yanağım üstündə şehə bənzər ümidim, Çatlamış dodağımda aha bənzər ümidim, Ümid ən sonda ölər,mən sona qaldım , Allah! Vəsf eylədim min cürə mövzunu misra üstə, Varım-yoxum söz oldu, qurbandır onu istə! Karvanım yola düşür gəlirəm asta-asta, Mən əbədi sevdamın yolunu buldum, Allah! |