ürəyim
Göz yaşları qəlbi yuyar deyirlər,
Sən təmizə çıxmadınmı ,ürəyim? Haqlarını kimlər yeyir,doyurlar, Təklənməkdən qorxmadınmı,ürəyim? Buz bağlayıb insanların gözləri, Uda bilmir ruhum acı sözləri Tanımadın namərd olan üzləri Sən sözümə baxmadınmı,ürəyim? Heç yaraşmır gülən üzə qüssə,qəm, Bitəcəkdir bir gün çəkdiyin ələm, Dilarə Süleyman belə bəxti kəm, Evimi sən yıxmadınmı,ürəyim? Dilarə Süleyman |