4
Yorum
6
Beğeni
5,0
Puan
638
Okunma
Dərdini götürüb göylərə qaçma
Göy Yerə məsafə saxlayır indi,
Üzlər maskalıydı , üz güldürmədi
Adamlar maskasız ağlayır indi.
O qədər and içdik , and kəsdi bizi,
Xeyirə deyindik, şərə deyindik,
İlahi , kəsdinmi kəndirimizi
Görmək istədiyin kimi deyildik!
Ruzini çəkmisən göyə deyirlər
Cəzamızı kəsib sən bizi daşla!
Ölümdən qorxurlar deyə deyirlər
Allah ,şükr edirik bizi bağışla!
Min oyun qurulub bir kürə üstə
Kim yozur yuxunu, biz kimə bəndik?
Sandın ağıllandıq cəzadan biz də?
Həmənki olmağa biz himə bəndik,
Dilarə Süleyman
5.0
100% (3)
Hesabınıza giriş yapın ya da yeni üyelik oluşturun.