Niyə
Niyə dözümü yox daha sevginin?
Ox atan neyləsin, deyir daşlara... Ev ortaqli olub ,həyat özgənin, Yastiq dar olubdur yekə başlara. Daha inanmayır sevgiyə dünya. Həyat insanlara şüşədən baxır, Formatin dəyişib qeyrət,ar,həya, Qorxan yox Yaradan,Yaşadan baxır. Düz sözü deyirsən kimə inciyir, Hamı haqlıdirsa,hamı nahaqdi, Əyrilər doğruya ağzını əyir, Doğrunu söyləmək daha yasaqdı. Daha uşaqların aləmi başqa, Analar-atalar başqa haydadir, Bir çəkə biləydik şələni keşkə, Bu nə yaşayişdir?bu nə qaydadır? Daha böyüklər də övlada yükdür, Göz çıxaranlardan göz çəkənmirik, Daha kəlmələr də başdan böyükdür, Söz güləşdiririk,söz çəkənmirik. Ey doğma yurdunun yadelliləri, Ailə meyvəli həyat bağıdır. Sabah o qurulan ailələri, Bugün böyütdüyün övlad dağıdır. Dilarə Süleyman |