TƏZƏ BİR İT GƏLİB BİZİM QAPIYA
***
*** Yel gələr,it keçər açıq qapıdan, Gəlmir örtül deyəm üzüm qapıya. Yel əsməyindədir,it hürməyində, Təzə bir it gəlib bizim qapıya. * İtlərdən anlarsam bilməm nə olum, Mənim it adında dostum olmayıb. Olmayıb rastıma çıxası biri, Ya mən qızbibiyəm rastım olmayıb. * Adamın sümsüyü,itin tulası, Bizim də qapıya tulası gəlib. Üz görmüş,sintəlmiş itə bənzəyir, Kök salıb hay kimi qalası gəlib. * Başı ağrıyanda ot yeyərlərmiş... İtlərin otlardan nə başı çıxar? Bir baş ağrısına dəyirsə həyat Görmədim itlərin savaşı çıxa. * İllərdi o otu axtarıram mən, İllərdi başımdan ağrılar keçir. Bir itin dalınca düşmüşəm indi, Daha o kitablar,çağrılar keçmir. * P.S.(Köpək ayrı şeydir,it ayrı şeydir, İt köpək olunca ağıla çalır. Qardaş,dediklərim bir ayrı şeydir, Bəlkə ağıllarda nağıla çalır...) * Qoyaq bir tərəfə bu nağılları.. Təzə bir it gəlib bizim qapıya. Ət yemir,ot yemir o adam yeyir, Yoxsa adamları düzüm qapıya? * İçsə də başından,ayaqlarından, Bu itin gözündən gözüm su içmir. Bu itin canında başqa həvəs var, Könlündən qan keçir,qızım,su içmir... * Kim gəlir o keçir,başı pozulub, Əsla bulammıram çözüm qapıya. Dostun köhnəsiysə,itin təzəsi, Təzə bir it gəlib bizim qapıya. *** |
Kalemin susmasın
____________________________Selamlar