1
Yorum
6
Beğeni
5,0
Puan
1092
Okunma
...Xəyalımın Tiflis küçələri kədərlİdir,
Rafiq əfəndi
Mən heç
Yuxularımda da görməmişəm o şəhəri,
Amma bəlkə də gəlib,
Gəlib orda ağladım...
Gözümün
Daş yaddaşına sevgusi kimidir Kür
Ağac yaşılına tutqusu kimİdir qədim kilsələrin divarları
Göy ənginliyinə güvəni kimidir
Kiçik bir kafenin pəncərəyə yaxın masası
Mənə oranı saxladın...
Ağ fəvvarələrin işığında
Gedən birinin kölgəsi görünəcək gözümə...
Siz ki bilirsiniz
Nə deməkdir bu...
Nə deməkdir acı...
Nə deməkdir qaçıb Tiflisə sığınmaq adamlardan...
Gəlim....
Eh,
Qədim şəhər, mən ki sığışmıram özüm-özümə
Sən də sığışdıra bilməzsən...
Ürəyini
Əbədi Qadına aç,
Onu deyirəm, hə-
Sololaki təpəsiindəki heykəli...
...Bir parça oktyabr payızı
İndidən...
5.0
100% (2)