Hiçnesizlik
...Geri qaytarsın yuxularımdakı heçnəsizliyi,
Geri qaytarsın əllərimdəki tənhalığı və kimsəsizliyi axşam... Azadlığıma dartınıram bulanıq suların sahilində, Balıqçı qayığı körpüdə ləngər vururdu, Xatırlayıram - İçimə ümid doğurdu... ...Bəlkə də son çırpınışlarıdır kəpənəyin aynalara Son su damcılarını silib-aparıb yad əllər çoxdan Yad evlərdə... Yad adamlar baxır pəncərələrdən işıqlara İndi o qapılar yad adamlar üçün döyülür... ...Gecənin dərinliyinə doğru boşluq... Boşluğu yazmaq... Çıxıb getmişsə kəlmələr-getmişliyi... Sancı Ürəyimizin olmasından deyil, ağrısından xəbər verir, İndi mənim günahım nədir –hər yerimdə ağrı döyünür... Gözlərimi sıxıb üzümü söykəmişəm qaranlığa, Günəş doğmayacaq - Oxunmayan məktubların müəllifi Sakitcə ölür... |
Qelemin susmasın
_____________________________________Selamlar