KölgəŞiirin hikayesini görmek için tıklayın Yolçu adamın hikayesi
Yolçu adam
Bir axşam qaranlığında yolunu itirdi Və yorulmuşdu da, Uzandı qurumuş otların üstündə Qucaqlayaraq səfər çantasını… Bir az keçmiş Ay doğdu dağların arxasından, bədirlənmiş ay… Yolçu Adam Bir ona, bir süd kimi ətrafını sarmalayan işığa baxdı... Ayağa qalxdı... "Ey, Mənə yoldaş olarsanmı bu gecə?" Cavab gəlmədi... "Ey, Bir şey de"-səsləndi Aya doğru daha bir neçə addım ataraq... Göylər susurdu... Ey.... Ey.... Ey... Qayalara dəyib əks-səda verdi yolçu Adamın səsi... ...Ay işığında Yarpaqları işım-işım yanırdı çöl quanqının... Çökdü və kürəyini ona söykədi... "Etdiyim bir dəlilikdir"... ...Ay yüksəldikcə Yumulub Yuxuya getdi Yolçu Adamın Və quanq ağacının kölgəsi... |