Olmuşam...
Olmuşam.
Saqiya süzmə şərab,şərabsız mən dəm olmuşam, Yarımın həsrətindən öz eşqimə qəm olmuşam. Meyə,meyxanəyə mən etməmişdim əsla meyil, Eşq məni dərdə salıb,bunlara həmdəm olmuşam. İntizar çəkib məni xəyallara salmış idi, Xəyalsa tamam üzüb,eşqimdə sərsəm olmuşam. Bu sevda bir xəstəlik,qurtulmağa yoxdu həbi, Alıb əqlimi əldən,həsrətinə cəm olmuşam. Zalım öldürmə məni,ol mənə təbib sən özün, Həsrətə dözəmmirəm,hövsələsi kəm olmuşam. Yaman zildən gedirdim aldın səsim eşqin ilə, Düşərək birdən-birə səs avazda bəm olmuşam. Bayramı üzdü həyat eşq yolunda dərs verərək, Salındım çək-çevirə,eşqimdə möhkəm olmuşam. 2015. |
şiiri beğendim...
Kutlarım...
............................................ Saygı ve Selamlar.