Gözlerine...
Gözlərinə...
Əhsən ey gül baxışla canlar alan gözlərinə, Məni məftun eyləyib dərdə salan gözlərinə. Ürkək-ürkək baxışın salıb məni eşq tələyə, Əzərək vuruldu həm səndə olan gözlərinə. Məni pərvanə edib eşq oduna fırladaraq, Aşiqi etdin axır,qəlbə dolan gözlərinə. Üzdün ey gül məni məndən alaraq eşqin ilə, Məftunam sorğusuz da eşqə dalan gözlərinə. Baxışda möcüzənin sirrinə bax eşqə dair, Oldum əsiri açıq,qəlbim çalan gözlərinə. Bayrama yaddı kənar baxışların hər birisi, Vurğunam təkcə inan,mənlə qalan gözlərinə. |
Beğendim ve haz aldım…
...................................................... Saygı ve Selamlar….