Olurlar...
Olurlar.
Bu dünyanın zayı çıxıb ay lələ, Salamı da cibə baxıb alırlar, Geyiminlə, duruşuna baxaraq, İstəyinin xəyalına dalırlar. Haqq, ədalət yaman çaşıb yolunu, Pul çaşdırıb görmür sağın-solunu. Harınlar unudur keçmiş çulunu, Haqq deyəni, yaman günə salırlar. Din, imanı qarın,pula satan var, Nəfisində boğularaq batan var, Vətən darda, susqunluqla yatan var, Bunlar görən nə fikirdə qalırlar? Yaşam dolu müəmmalı sualla, Haram isə bəhsə girib halalla. Hey keçirik şeytan keçən bu yolla, Insanlığı gürzə kimi çalırlar. Milli şüur yad şüurla calanıb, Mintalitet düşmən əllə talanıb, Qazanılan bic, ətəkdən sallanıb, Türk-Kürt adla məmləkətə dolurlar. Bayram, həyat qəribədir tamah sərt, Insanlığa həyat özü olub dərd, Qəddar məmur şeytanıda edib pərt, Sərvət yığıb lənətliklik olurlar. 06. 09. 2015 |