Şeir deyilmi?!
Şeir deyilmi?!
M.Kahveçioğlunun şeirini oxuyarkən... Söz-sözə dayaqdır, mənası varsa, Türkün hər məsəli şeir deyilmi?! Gözəllik eşqilə ey yanan aşiq, Türkün hər gözəli şeir deyilmi?! Tarixlər yaradan uca millətim, Nizami,Fizuli böyük sərvətim, Türklük əqidəli sönməz qeyrətim, Şivə söz məzəli şeir deyilmi?! Dünya yaranandan bu günə qədər, Ədəbi Türk dili hər dilə əsər, Ölməz dahiləri dillərdə gəzər, Türklüyün əzəli şeir deyilmi?! Yunus,Ərsoy kimi şair ustadı, Bəxtiyar,Zəlimxan sözünün dadı, Nüsrətin yazdığı sevda fəryadı, Vahidin qəzəli şeir deyilmi?! Şairlik zəngin dil yada yazılıb Ədəbi qaydası ada yazılıb, Ustadlıq Türk ada buta yazılıb, Türklüyün təməli şeir deyilmi?!. Ədəb qaydasına itaət gərək, Heca,qafiyəyə sədaqət gərək, Hər bənddə,misrada ləyaqət gərək, Belə Türk əməli şeir deyilmi?! |
ŞİİRLERİMİ PAYLAŞTIĞINIZ İÇİN YÜCE GÖNLÜNÜZE TEŞEKKÜRLER…
Beğendim ve haz aldım…
...................................................... Saygı ve Selamlar….