Cuşa gelib
Cuşa gəlib...
Yenə tərif şişirib hal-əhvalın cuşa gəlib, Rüşvəti verənlərin növbə ilə qoşa gəlib... Bəxtinin al qapısı xamlara açıqdı yenə, Pay-puşla bazarlığın səbətlə bir başa gəlib. Keyfindən qalma dala,dost-tanış artıq çoxalıb, Sevdiyin araq ilə yalmananlar xaşa gəlib. İş verən qulbeçələr cibi üçün üzə durub, Boğazı,qarnı üçün verəcəyin aşa gəlib. Kürsünün qorxusundan yaltaqlar “ilham”pərisi, Aldığın haram pullar əzablı göz yaşa gəlib. Həqiqət söyləyənin bağlamısan kitabların, Torbalar tikənlərin sənə hazır maşa gəlib. Arxalı dağarcıqsan,pulsuzlarla yoxdu aran, Kürsülər hərisləri al tələnə tuşa gəlib... Rəngin də tamam solur öz nəfisin ucbatından, Deyirlər ömür-günün iştah əzən daşa gəlib... 2016. |
Kutlarım…
……………………………….. Saygı ve Selamlar…