Aşkla oyandırdı meni...
Eşqlə oyandırdı məni...
Yara öz dərdim açdım,eşq dərsi andırdı məni, Nazı,qəmzəsi ilə içimdən yandırdı məni... Camalı can alıcı,ədası ürək dağıdır, Baxışı könlüm alıb eşqə inandırdı məni. Başıma bir bəladır,nazı sevdamın qısqancı, Qəlbində yaram ancaq,sorğuda dandırdı məni. Qəlbimə eşqin oxun atıb edir həm tamaşa, Eşqinə cangüdən tək süzüb dayandırdı məni. Bayram,eşq bir baxışla ovlayıb qəlbim özümdən, Verərək sevda dərsin,eşqlə oyandırdı məni... 02.12.2015. |