Etdi sevdalı birine...
Etdi sevdalı birinə...
Eşq məni fırladaraq edib sevdalı birinə, Sökdü qəlbdə olanım,məhkum etdi dərd-sərinə. Sənə möhtacdı gülüm sevdalı can ağrılarım, Ona loğman ol barı düşməsin dərdi dərinə. Yuxular sənlə keçir,varmı bundan heç xəbərin? Qısqanıb aldanma gəl kimsələrin yad şərinə. Ey mənim can evimin canın eşqlə üzən mələk, Bir qəlbim vardı verdim eşqimin öz dilbərinə. Oxşa gəl haqq aşiqin vurğunundu aşikarə, Susma ki qəlbdə gəzən sevdalı olan sirrinə. Eşq bizə bir bəladır,yoxsa da sınaq yolumu? Qısqanır sevda hərdən qəlbdə olan ülkərinə. Bayram,eşq həsrətini çəkməsə aşiq eşq deyil, Eşq odur qovrulasan çatınca sevda yerinə... 2016. |
Kalemini kutluyorum
__________________________________________Selamlar