Olma bele...
Olma belə...
Son sözü yar deyəcək,hövsələ dar olma belə, Eşqinə sadiq ol ki,dərdli qübar olma belə. Qəlbini yoxlayıb bax,sevdası varmı aşiqə? Söz ilə aşiqinə boş yerə yar olma belə. Oxu Leyli Məcnunu,bax Şirin eşqli Fərhada, Özünü al ki ələ,sən eşqdə xar olma belə. Gözlə ədəb-ərkanı eşqə ədəblə nail ol, Deməyə sözün olsun,vaxta bezar olma belə. Çox əcəb eyləmisən,düşmüsən eşqin bağına, Eşqin öz qaydası var,onu pozar olma belə. Ziyad xan oğlu Kərəm eşqə düşüb getdi hara, Sən hələ sevdalısan,tərki diyar olma belə. Kərəmlə Əslinin bil macarası əbəs deyil, Oxu eşqin məktəbin,eşqə azar olma belə. Bayram da bildiyini söylədi ki eşidərək, Asaraq qulağından eşqində kar olma belə. 20.11.2014. |