0
Yorum
0
Beğeni
0,0
Puan
637
Okunma
Yazılan hər sözlər...
Yorumlar yazılır:-“salam,sayğılar”,
Olunmur şeirə hörmət,qayğılar,
Bəzisin yazdığı söz bayağılar,
Şeir sənətində yersiz düzülür,
Yazılan hər sözlər tək-tək çözülür..
Kimə düz deyirsən bir təhqir sanır,
Sərbəsti,hecanı ağlı tək qanır.
Nəzəri,savadı yazıda danır,
Sındırma deyilib buna dözülür,
Yazılan hər sözlər tək-tək çözülür...
Böyük yazarlarım yalan olubdur,
Şeirin qaydası talan olubdur,
Dəngəsiz “şaircik” kalan olubdur,
Mənasız şeirlər belə süzülür,
Yazılan hər sözlər tək-tək çözülür...
Məndən inciməsin ustad yazarlar,
Çoxalıb sözləri tərsə yozarlar,
Ədəbi qaydanı bilməz pozarlar
Haqq yolun deyəndə səndən küsülür,
Yazılan hər sözlər tək-tək çözülür...
Qoruyaq Türklüyün ədəb qaydasın,
Türkün folklorunda Türklük sevdasın,
Qəbul eyləməyək şeir xətasın,
Ədəbi qaydalar hərdən üzülür,
Yazılan hər sözlər tək-tək çözülür...
Mənim Tuncay,Nihal,Aksakalım var,
Sadık,Korkud kimi dərs alalım var,
Bu yolda çox bizdə Rüstəm Zalım var,
Ustaddan dərs alan ürəkdən gülür,
Yazılan hər sözlər tək-tək çözülür...
2015.
Hesabınıza giriş yapın ya da yeni üyelik oluşturun.