Olacam...
Olacam.
And içdim Türklüyümə,düşmənimə dərd olacam, Türkə qənim kəsilən soysuzlara sərt olacam. Gözlədim ədəb-ərkan görmədim soysuzda bunu, Onların axırına çıxmağa söhbət olacam. Mənə lazım deyil o Avropanın söz bazarı, Sanmayın siz onların hiyləsinə pərt olacam. Hiyləgər dövlətlərdən gözləməyin qeyrəti siz, Çox şəhidlər vermişəm,intiqamlı şərt olacam. Türkə qurulan tələyə çox susmuşam bəsdi daha, Bilin ki səbir daşıb,düşmənə heyrət olacam. Elimdə qan tökülür,boşboğaz dövlətlər hanı? Onların hiyləsinə açıqca nifrət olacam. İnsanlıq varlığının birliyinə sadiq olan, Turanın sevdasıyla bir böyük dövlət olacam. Türklüyü milliyəti,dini İslamdı Bayramın, Əqidə sahibiyəm,əqidəmə mərd olacam... 26.11.2014. |
Kalemin susmasın
_______________________Selamlar