Dile inanma...
Dilə inanma.
Ata nəsihəti düşür yadıma, Deyərdi, can deyən dilə inanma. Sənətdə sənəti əyri öyrənən, O vərdiş eyləmiş ələ inanma. Qoru mənliyini haqqla sirdaş ol, Əyridən uzaq ol, düzə qardaş ol, Vətən keşiyində mərdlə yoldaş ol, Ətiri məst edən, telə inanma. İnsanlar çaşqındır, zamansa əyri, Yaman ucuzlaşıb insan dəyəri, Ömür – gün mənasız keçir ötəri, Manqalda közərən külə inanama. Haqqsızlıq sözündən çox qəlb yaralı, Haqqın yolunda ol, düşmə aralı, Eşqinlə eşqimə sən ol yararalı, Hər sözə söhbətə belə inanma. Ey Bayram, sən eşit bu nəsihəti, Allahın verdiyi hər bir qisməti, Göy – göllə yaranan son rəvayəti, Kəpəzdən xəbər al, gölə inanma... 14.09.2014. |
Kalemin susmasın
____________________________Selamlar