Sorum ne?
Sorum nə?..
Asta-asta alışıram,yanıram, Dərd bağlayıb qəlbim lələ,sorum nə? Haqq yolundan sapmamışam,yolum bu, Fələk mənə qurdu tələ,sorum nə? Taleimmi belə imiş bilmirəm, Ya sınaqmı,bir qərara gəlmirəm, Qovruluram bu həyatda gülmürəm, Harın baxır gülə-gülə,sorum nə? Sağ-solumda haram tikə yeyən çox, Parası çox,insanlığı əsla yox, Tamahkirin olarmı heç gözü tox, Hər bir sözü olur hiylə,sorum nə? Nəfsi iti nəfisdən əl üzəmmir, Əsəblərim haqsızlığa dözəmmir, Hətda qanun çaş-baş qalıb çözəmmir, Məhv oluruq bilə-bilə sorum nə? Nala,mıxa hey vururuq sözləri, Çəkinirik deyəmmirik düzləri, Yanır ürək,çox incidir közləri, Hiss etmədən dönür külə,sorum nə? Kasıb tapmır məzar pulu,çor pulu, Çörək üçün olur harının qulu, Budurmu deyilən insanlıq yolu, Əriyirik gilə-gilə sorum nə? Bayram,Rəbbim ağıl verib döz bir az, Nadanlarda ağıl olar bil dayaz, Gəlməyin öz getməyi var qulaq as, Sonu gözlə,sorma belə,sorum nə? 15.10.2014. |