Vurulmuşam...
V u r u l m u ş a m.
Yüz gözəl can desə də, bir gözələ vurulmuşam, Gül açıb, ətir saçan, xoş əmələ vurulmuşam. Aşikar söylə könül, eşitsin aləm də fəqət, Xalqıma xidmət edən,saf təmələ vurulmuşam. Yaradan bəxş eyləyib hər nazı, neməti bizə, Cavanşirlər yetirən, şanlı elə vurulmuşam. Göy-gölün sirrin görüb, bu sirdən saçı ağaran, Kəpəzin saçlarına, həm “Göy-Gölə” vurulmuşam. Cavad xan əqidəli igidlərin qeyrətinə, Həm də ki, milli muğam, deyən dilə vurulmuşam. Çox kitablar oxudum, dərs aldım hər bir əsərdən, Vahiddən bizə qalan, o qəzələ vurulmuşam. Turanın gözəllərin, yox dünyada bərabəri, Bayramam,Turanımda açan gülə vurulmuşam... |
kutlu olsun
saygılarįmla
Muzaffer Deniz tarafından 6/20/2016 2:19:36 AM zamanında düzenlenmiştir.