3
Yorum
4
Beğeni
5,0
Puan
1089
Okunma
Müsəlmansan...
Yad fitnəsinə aldananlara
Sən müsəlman, mən müsəlman,
Kimdən intiqam alırsan?
Türkün çörəyini yeyib,
Nədən çaxnaşma salırsan?
Yaxşı düşün, yaxşı daşın,
Kim öyrədib səni bilməm
Çox qurulub belə tələ,
Müsəlmana onu billəm...
Hansı millət olursan ol,
Sən müsəlman balasısan.
Bu torpaqdan qeyrət alıb,
Qeyrət ilə qalasısan...
Şeytanın boş sözlərinə
Baxanlar tez əzilirlər
Duz,çörəyi ayaqlayan,
Geci-tezi kəsilirlər...
Türk çörəyi halal çörək,
Çalış onun dəyərin bil.
Müsəlmansan uyma şərə,
Şər işləri qəlbindən sil...
Din qardaşın təriqətə
Günah edib çaşıb bölmə.
Silahsızı zəif bilib,
Sən silahla üstə gəlmə.
Günahsıza silah şəkib
Onu vurmaq özü günah,
Müsəlmanı təriqətə,
Bölənlərin sözü günah...
Peyğəmbər də buyurubdur
Müsəlmana dayaq ancaq
Din qardaşı eşid aşkar,
Müsəlmandır yalnız dayaq...
Peyğəmbərin buyurduğu,
Qanunları düşün,daşın..,
Türkün səbri daşsa əgər,
Ağrıyacaq sənin başın...
5.0
100% (3)
Hesabınıza giriş yapın ya da yeni üyelik oluşturun.