Eğer birine ihanet edersen bu seni ölünceye kadar düşündürür. august wolf
Bayram Məmmədov
Bayram Məmmədov

Deyişir...

Yorum

Deyişir...

( 4 kişi )

3

Yorum

6

Beğeni

5,0

Puan

994

Okunma

Deyişir...

Dəyişir.

Yadlaşır qohum-qardaş hətta bu millət dəyişir.
Adətlə ənənəmiz, həm də ki, “hörmət” dəyişir.

Qismətdən dəm vuraraq hər şeyi güclə alırıq,
Güclülər sözün deyir, onda da "qismət" dəyişir.

Görəndə vəzifəyə özün satan hər “kişini”,
Qeyrətdə şübhə olur, tez dönüb qeyrət dəyişir.

İşimiz tərs gələndə, alın yazıdan deyirik,
Düzələn tərs işlərdə yenidən söhbət dəyişir.

Gənclər də minnət ilə aşiq olur bir-birinə,
Məhəbbət şübhə ilə olur xəcalət, dəyişir.

Ağa qara deyənin artır “səxavətlə” payı,
İnsanlar çaş-baş qalır, dərhal ləyaqət dəyişir.

“ Qaşıqda hünərə bax, çömçəyə göstəriş verir”,
Çömçə də susur, gülür, etdiyi cürət dəyişir.

Ziyalı şər-böhtana söz deyəmmir, təslim olur,
Ziyalı deyəmmirsə, demək cəsarət, dəyişir.

Şeytana qulluq edən qarınqulu, boğaz güdən,
Çoxalıb, tüğyan edir, olan bərəkət dəyişir.

Ağsaqqal, ağbirçəyə hörmətlə qulluq azalır,
Yoxsa bizlərdə olan, abırla, ismət dəyişir?

Avropaya meyl edərək ,qərbləşirik asta-asta,
Gənclərin şüurunda, bizdəki adət, dəyişir.

Millətə “sadiq” olan dildən iti başı boşlar,
İş-güclə sınananda, çaşırlar, sifət dəyişir.

“ Yazıya pozu yoxdur”, söyləmiş bizim babalar,
Pozuruq hər tarixi, bizdə xasiyyət dəyişir.

Xeyirxah iş görənin qarşısına sədd çəkilir,
Paxıllıq tüğyan edir, artıq cəmiyyət dəyişir.

Evdə də sadiq olub, arvad, uşağa baxmırıq,
Artıq zaman belədir, vicdan, sədaqət dəyişir.

Vəzifə sahibləri qanunlara "qanun yazır",
Qanunlar işləməyir, artır cinayət dəyişir.

Dost, qardaş bir-birinə rüşvət ilə iş də görür,
İmkanlı imkansıza gülür, səxavət dəyişir.

Baxırsan,haqsız olan öyünür, haqdan danışır,
Qalırsan çaş-baş,yoxsa,bizdə kəramət dəyişir?

Allahın millətimə verdiyi hər neməti də,
Çatmayır millətimə, millətə “sərvət” dəyişir.

Yatırıq əhli kefik, düşmənlərsə iş görərək,
El-oba adlarını astaca, xələvət dəyişir.

Vəzifə axtarırıq, vətən, millət yaddan çıxır...,
Vətənə, vətəndaşda yoxsa, məhəbbət dəyişir?

Tənqidə əyri baxan, əyri olanlar çoxalır
Nədənsə, mintalitet itir, ədalət dəyişir.

Pula səcdə edənin say hesabı lap çoxalır,
Unudur din, imanı yoxsa şəriyyət dəyişir?

Sözünü anlayana söylə ki, Bayram, yozmasın,
Zəmanə həmənkidir, ondakı heyyət dəyişir…

2011

Paylaş:
6 Beğeni
(c) Bu şiirin her türlü telif hakkı şairin kendisine ve/veya temsilcilerine aittir. Şiirlerin izin alınmadan kopyalanması ve kullanılması 5846 sayılı Fikir ve Sanat Eserleri Yasasına göre suçtur.
Şiiri Değerlendirin
 

Topluluk Puanları (4)

5.0

100% (4)

Deyişir... Şiirine Yorum Yap
Okuduğunuz Deyişir... şiir ile ilgili düşüncelerinizi diğer okuyucular ile paylaşmak ister misiniz?
Deyişir... şiirine yorum yapabilmek için üye olmalısınız.

Üyelik Girişi Yap Üye Ol
Yorumlar
İsmailoğlu Mustafa YILMAZ
İsmailoğlu Mustafa YILMAZ, @ismailoglumustafayilmaz
16.6.2016 13:54:50
5 puan verdi

Şiirin güzelliğini tekrar tekrar okuyarak hazını taktir ediyorum…
Güzel dileklerimle Kutlarım.
Çok çok Beğendim.
………………………………. Saygı ve Selamlar…
Işık  Mehmetali
Işık Mehmetali, @isikmehmetali
13.6.2016 18:24:34
Anlamı ve anlatımıyla muhteşem şiirdi severek okudum usta
Kalemin susmasın
___________________________Selamlar
halilşakir
halilşakir, @halilsakir
13.6.2016 08:40:26
5 puan verdi
çok güzel ve anlam yüklü bir kaside okudum mümtaz kaleminizden.
tebrikler, selam ve saygılar sunuyorum...
© 2025 Copyright Edebiyat Defteri
Edebiyatdefteri.com, 2016. Bu sayfada yer alan bilgilerin her hakkı, aksi ayrıca belirtilmediği sürece Edebiyatdefteri.com'a aittir. Sitemizde yer alan şiir ve yazıların telif hakları şair ve yazarların kendilerine veya yetki verdikleri kişilere aittir. Sitemiz hiç bir şekilde kâr amacı gütmemektedir ve sitemizde yer alan tüm materyaller yalnızca bilgilendirme ve eğitim amacıyla sunulmaktadır.

Sitemizde yer alan şiirler, öyküler ve diğer eserlerin telif hakları yazarların kendilerine veya yetki verdikleri kişilere aittir. Eserlerin izin alınmadan kopyalanması ve kullanılması 5846 sayılı Fikir ve Sanat Eserleri Yasasına göre suçtur. Ayrıca sitemiz Telif Hakları kanuna göre korunmaktadır. Herhangi bir özelliğinin kısmende olsa kullanılması ya da kopyalanması suçtur.
ÜYELİK GİRİŞİ

ÜYELİK GİRİŞİ

KAYIT OL