Molla Nesreddine...
Molla Nəsrəddinə
Allah rəhmət eyləsin,Cəlil Məmmədquluzadə. Çoxalıb Molla əmi,eşşəyi quyruqsuz olan, Yorğanın üstdə hər an,hay-küy edir dava salan. Yekəlib bir neçəsi,nə balıq,nə ətdi əmi, Dələduzluq,yalanlar olub bunların həmdəmi, Bəs edər qulaq kəsmək,eyləməklə bir him-cimi, Dəyişib insanlar da,üzdə qalıb şərlə yalan, Çoxalıb molla əmi,eşşəyi quyruqsuz olan, Yorğanın üstdə hər an,hay-küy edir dava salan. Düz sözü deyənlərin dilinə qıfıl vurulur, Üzə də durmaq üçün cürbəcür oyun qurulur, Rüşvəti məmur alır,qanun məsumdan sorulur, Ölünü diriltməkçün peyda olur zurna çalan, Çoxalıb molla əmi,eşşəyi quyruqsuz olan, Yorğanın üstdə hər an,hay-küy edir dava salan. Qonşuya oğuru girir,görənlərin yox köməyi, Oğuru bərk bağırır,partlayır doğru ürəyi, Çox yerdə haramlıqdır,yemirlər halal çörəyi, Gedirik biz haraya,qarşımıza çıxır dalan, Çoxalıb molla əmi,eşşəyi quyruqsuz olan, Yorğanın üstdə hər an,hay-küy edib dava salan. İndi komersant deyilir hər sayaq alver edənə, Alıcı vətəndaşı,toyuq tək mahir ütənə, Çəkiyə əməl edib,əlavə xeyir güdənə, Deyirlər”iş”adamı,işləri lap edib talan, Çoxalıb molla əmi,eşşəyi quyruqsuz olan, Yorğanın üstdə hər an,hay-küy edib dava salan. Dəyişib artıq zaman,puldu fəqət sirdaş olan, İstəyə çatmaq üçün,daim bizə yoldaş olan, Həm arxan,həm dayağın,bir də dayın bir baş olan, Haqq,ədalət nazilir,yoğunlayır pulla qalan, Çoxalıb molla əmi,eşşəyi quyruqsuz olan, Yorğanın üstdə hər an,hay-küy edib dava salan... Bayram Elioğlu. |
Güzel Kutlu dileklerimle Kutlarım.
Çok çok Beğendim.
…………………. Saygı ve Selamlar…