Qalmayıb...
Qalmayıb.
Vəzifəsindən çaşan məmurlara Çaşdırıb,bu mühit çox insanları, Uyubdur tamaha ismət qalmayıb, Cibini mənlikdən uca tutandan, Gözləmə sən qeyrət,qeyrət qalmayıb. Haqqı tapdalayan nadan çoxalır, Zəhmətkeş kəslərdən məmur”pay”alır, Haqqını soranlar qorxuda qalır, Düz sözü deməyə cürət qalmayıb. Yalan vədlər bizi təngə gətirib, Düzlük düzdə qalıb-“işin bitirib”, Tamahkir insanlar atıb,itirib, Abırı,həyanı,hörmət qalmayıb. Bəy-gəlin şərbət yox,şampanı içir, Gənclər məhəbbəti ,sərvətdə seçir, Şərəfsiz şərəfi sürətlə keçir, Sadə insanlarda taqət qalmayıb. Kürsüdə əyləşən sifariş qulu.., Şər-böhtan üstündə çəkilib yolu, Millətə ləkədir,bu tikan kolu, Lənət də alıblar,lənət qalmayıb. Yalanla məddahlıq olubdur adət, Ədalət sıxılır,artır xəyanət, Haqsızlar haqlını edir xəcalət, Kimə inanasan,möhlət qalmayıb. Rüşvət çəlləyində olan hər kəsə, Ətrafı nə qədər təriflər desə, Gec-tezi o,haqdan düşər qəfəsə, Bilər etmədiyi qələt qalmayıb, Halallıq almağa müddət qalmayıb. |
Şiir okundukça tekrar tekrar okuma isteği vermekte…
Güzel Kutlu dileklerimle Kutlarım.
Çok çok Beğendim.
…………………. Saygı ve Selamlar…