4
Yorum
4
Beğeni
5,0
Puan
958
Okunma
Atdılar oda...
Tağıya
Şox gözəl günlərdi,getdi o günlər..,
Nə sözə, söhbətə biz düzük indi.
Dost tanış bizlərə əhsən deyərdi,
Onların yanında boş sözük indi.
Baxmazdıq borana,nə də yağışa,
Çıxardıq görüşə hər axşam çağı...
Nədənsə bilmirəm,görüş yerimiz,
Olardı həmişə atanın bağı.
Bir gün də dedin ki,elçini göndər,
Göndərdim gözəlim elçi də sizə...
Dedilər diplomu yoxdur oğlanın,
Fəhlədir,tay deyil axı o bizə...
Bir kağız parçası sordular,ancaq,
Ömür gün məktəbi düşmədi yada...
Məhəbbət məktəbi olan qəlbləri,
Şöhrət xatirinə,atdılar oda...
5.0
100% (3)