Şairler kövrek olur...
Şairlər kövrək olur...
Şairin qəlbindən incə nə var ki, Sözlərin içində kövrəlir ,yanır... Sərtə ,sərt söz deyər, özü sərt deyil, Ədəb keşiyində sayıq dayanır. Gecəsi, gündüzü heç bilinməyir, Sözlərin içində alışır yanır. İnsan zəkasının dərinliyində, Keşikçi əsgər tək məğrur dayanır. Toxunma şairin qardaş qəlbinə, Qəlbi uşaq kimi həzin ağlayar. Sözləri neştər tək sənin qəlbini, Özündə bilmədən inan dağlayar. Şairlik sən eşit haqqın səsidir, İnsanı insanlıq yola səsləyir. Şairlik ədalət carcısıdır ki, Bəşəri övlada hörmət bəsləyir. Şairəm söyləyib eşqə düşənə, Qızmayın, ötəri gəlibdə gedir. Bu eşqin dəryası elə dərin ki, Üzməyi bilməsə özün məhv edir. Şairlik dilimin ən baş sənəti, Ona hörmət eylə ədəbi gözlə. Şairlik Koroğlu cəngisin deyən Zəfər qazanandır dəyərli sözlə. Sən sözün özünə, hikmətinə bax, Ən güclü ordunu belə saxlayar. Şairlər aşiqin eşq həsrətini, Ölməz məhəbbətə sözlə bağlayar. Söylədin çox ağır sözləri vardır, Yandırdı şairin sözləri məni… Əzizim, sözlərdə közləri qalıb, Yandırıb şairi, isidir səni. Şairin qəlbindən incə nə var ki, Sözlərin içində kövrəlir yanır. Sərtə ,sərt söz deyər, özü sərt deyil, Ədəb keşiyində sayıq dayanır... 22.07.2014. |