Dur gedek...
Dur gedək.
Söylədilər dayday yaman xəstədi, Dil tutulub söz-söhbəti üzdədi, Sağalmaqçün hey qulağı səsdədi, Halı olub deyirlər ki zor, gedək, Anlamayır dost tanışı dur gedək, Varisini işarəylə sor gedək. Gündə qazanc hədiyyəsi var idi, Pay yığan tək bu mahalda car idi, Almaq yarı ,vermək isə ar idi, Bir ağıllı buna hiylə qur gedək, Anlamayır dost tanışı dur gedək, Varisini işarəylə sor gedək. Harda aş var, daim orda baş idi, Vəzifəyə, həm pula yoldaş idi, Rüşvət alıb verənə qardaş idi, Nəzərdədir dəyib ona çor gedək, Anlamayır dost tanışı dur gedək, Varisini işarəylə sor gedək. Sağlamlığın əldən alıb rüşvəti, Görünməyir heç gözünə sərvəti, Son günündə silkələyir qeyrəti, Vücuduna dolub bunun gor gedək, Anlamayır dost tanışı dur gedək, Varisini işarəylə sor gedək. Düz uzanıb sağa-sola çönməyir, Göz bərəlib çox döyünür sönməyir, Deyib-gülən lal, kar olub dinməyir, Səsi gəlmir əvvəlki tək gur gedək, Anlamayır dost tanışı dur gedək, Varisəini işarəylə sor gedək. Pul yığmışıq buna istək, soraqla, Daydayımda olan tamah maraqla, Gün keçirib yemək-içmək araqla, Baxmamışıq gəlirinə xor gedək, Anlamayır dost tanışı dur gedək, Varisini işarəylə sor gedək. Göstərişin gərək alaq ayıbdır, Pul bölgüdə bizi daim sayıbdır, Ətrafları ağıldan çox mayıfdır, Sən onlara ağıllı tor qur gedək, Anlamayır dost tanışı dur gedək, Varisini işarəylə sor gedək. |
Güzel Kutlu dileklerimle Kutlarım.
Çok çok Beğendim.
…………………. Saygı ve Selamlar…